Nigeriyada məscidi partlatdılar 21 Noyabr 2017 02:00 Dünya -- 50 nəfər həlak olub Nigeriyanın şimal-şərqində yerləşən Mubi şəhərinin məscidində törədilən partlayış nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb, çox sayda yaralı var. Maide.Az France-Presse agentliyinə istinadla xəbər verir ki, bunu yerli polisin nümayəndəsi Osman Əbubəkir bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralılar barədə dəqiq məlumat olmasa da, ölənlərin sayının arta biləcəyi istisna edilmir. Xatırladaq ki, partlayış noyabrın 21-də sübh namazından sonra baş verib. Partlayıcı qurğunu təxminən 17 yaşlarında olan terrorçu- kamikadze işə salıb. Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib. Teqlər : #Nigeriyada məscidi partlatdılar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT Myanma hökumətinin əlində aciz qalıb? Afina metrosu işləmir - TƏTİL
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO