Nigeriyada Şeyx Zəkzəki və xanımının məhkəməsi davam etdirilir 01 İyul 2021 17:10 Dünya Vəkilləri təxirə salınmış işlərinin dayandırılmasını tələb etdikləri üçün Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və həyat yoldaşı Malam Zinət bu gün (1 iyul) məhkəməyə gətiriliblər. Madie.Az "deyerler.org"a istinadla xəbər verir ki, Nigeriyanın Ali Məhkəməsi həbsləri qanunsuz adlandırsa da, rəsmi Abuca onları azadlığa buraxmaqdan imtina edib. İddianın ləğvi barədə dinləmə 1 iyulda davam edərkən, fəallar və vəkillər ədalət çağırışlarını təkrarlayıblar. Şeyx İbrahim Zəkzəkinin hüquqlarının müdafiəsi komandasından barrister (daha ali səviyyəli vəkil) İshaq Adam İshaq bunları deyib: “Cavab vermək üçün heç bir işin olmadığını iddia edirik və müttəhimlərin səhhətində ciddi problemlər yarandığı üçün bu işin baxılmasının bu qədər uzun davam etməsindən dərindən narahatıq”.İHRC sədri Məsud Şəcərə isə, belə bir açıqlama ilə çıxış edib: “Nigeriyanın siyasi və sosial qeyri-sabitliyə davamlı enişini yalnız Zəkzəkilər və digərləri kimi etibarlı siyasi xadimlər azad olduqda və hazırda dövlət repressiyası altında olan müxtəlif qruplara və hərəkatlara liderlik təmin olunduqda dayandırmaq olar. Səlahiyyətli orqanlar indi düzgün addım atmalıdırlar”. Teqlər : #Nigeriyada,#Şeyx,#Zəkzəki,#və,#xanımının,#məhkəməsi,#davam,#etdirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çin: 'ABŞ dünya nizamını pozan ən böyük faktor' ABŞ və NATO qüvvələri Əfqanıstandakı aviabazadan çıxıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO