Niderlandda ultrasağçı partiya sədri məscidləri yandırmaqla bağlı çağırış edib 10 Yanvar 2018 02:00 Dünya -- Daha sonra o twitter hesabında əvvəlki fikrinə “düzəliş edərək” deyib... Niderlandda ultrasağçı partiya sədri Xenq Van Din ölkədəki məscidləri yandırmaqla bağlı çağırış edib. Madie.Az “Dutch News” –a istinadən xəbər verir ki, bu bəyanatla o rəhbərlik etdiyi partiyanı problemlə üz-üzə qoyub. Partiya sədrinin anti-islam bəyanatına seçkilərdəki digər namizədin məscidlərlə bağlı müsbət çağrışı səbəb olub. Belə ki, qarşı partiyanın namizədi Utrext şəhərindəki məscidi İkinci Qürur qülləsi adlandırıb. Bunun əksinə olaraq teledebat zamanı Xenq Van Din məscidlərin yandırılmasının tərəfdarı olduğunu bildirib. Aparıcının ona "sözlərinizdə dəyişiklik etmək istəyirsiz?" sualına cavab olaraq ultrasağçı partiya rəhbəri bildirib ki, "biz bütün məscidlərin əleyhinəyik və düşünürük ki, onlar yandırılmalıdır." Daha sonra o twitter hesabında əvvəlki fikrinə “düzəliş edərək” deyib “biz məscidlərin yandırılmasının deyil bağlanmasının tərəfdarıyıq. Güc qəbul edilməzdir.” Qeyd edək ki, sözü gedən partiya bu ilin mart ayında keçiriləcək seçkilərdə aparıcı qüvvələrdən biridir. Xatırladaq ki, radikal sağçı partiyalar son illərdə Avropa ölkələrinə miqrasiya krizisini islamfobiya istiqamətində istifadə edirlər. Teqlər : #Niderlandda ultrasağçı partiya sədri məscidləri yandırmaqla bağlı çağırış edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da güclü yağış 13 nəfəri öldürdü Qərib dənizində zəlzələ 9 ölkəni silkələdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO