İngiltərə ilk plastik pul əskinasını dövriyyəyə buraxıb 14 Sentyabr 2016 01:00 Dünya Maide.Az “BBC News”-a istinadən xəbər verir ki, sentyabrın 13-dən İngiltərə Bankı üzərində ölkənin keçmiş Baş naziri Uinston Çörçill əks olunmuş 5 funt dəyərində ilk plastik pul əskinasını dövriyyəyə buraxıb. İlkin olaraq yeni əskinas cəmi bir neçə bank və bankomatlarda olacaq. Yeni plastik 5 funtu ilk London, Mançestr, Birminqem, Lids, Kinqston-apon-Hall və Kardiff sakinləri görəcək. İngiltərə Bankının rəhbəri Mark Karninin sözlərinə görə artıq vətəndaşlar əskinası ciblərinə və ya pul qabılarına qoyanda o, praktiki xarab olmayacaq. Mütəxəssislər hesab edirlər ki, yeni plastik əskinas, adi kağız puldan daha çox müddət (5 il) xidmət edəcək. Ölkə hökuməti yaxın illərdə üzərində yazıçı Ceyn Ostin əks olunmuş yeni 10 funtluq və rəssam Uilyam Törner əks olunmuş 20 funtluq plastik əskinasları dövriyyəyə buraxacaq. / Teqlər : # İngiltərə ilk plastik pul əskinasını dövriyyəyə buraxıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Proqnoz: Trampın ABŞ prezidenti seçilməsi qlobal iqtisadi böhrana səbəb ola bilər Yaralı terrorçular sionist İsrail xəstəxanalarına daşınır - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO