Naxçıvanda hərbçilər qəzaya düşüb 07 İyul 2018 01:00 Hərb -- 3 hərbçi həyatını itirib, 11-i yaralanıb Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirib ki, 3 hərbçi avtomobil qəzasında həyatını itirib, 11-i yaralanıb. "Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbçiləri daşıyan BMC markalı avtomobil iyulun 5-i saat 18:30 radələrində qəzaya düşüb. Nəticədə 3 hərbçi həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib". (meydan.tv) Teqlər : #Naxçıvanda hərbçilər qəzaya düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ordumuz genişmiqyaslı təlimləri başlayıb Sərhəd qoşunları təlimə başladı
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'