İnanclı fəal Elvin Mürvətoğlu azadlığa çıxıb 13 Sentyabr 2021 13:27 Xəbərlər İnanclı fəal, şair Elvin Mürvətoğlu bu gün (red- 13 sentyabr) azadlığa çıxıb. Maide.Az xəbər verir ki, Elvin Mürvətoğlunu saxlanıldığı CÇM qarşısında yaxınları, dostları və onu sevənlər qarşılayıblar. Onun 17 saylı CÇM-də vaxtından əvvəl həbs müddətini bitirərək azadlığa çıxdığı diqqətə çatdırılır. Xatırladaq ki, Elvin Mürvətoğlu cəmiyyətdə yazdığı şeirlər və mahnılar ilə tanınıb. İnanclı fəal, şair Elvin Mürvətoğlunu ötən il martın 13-də qanunsuz silah saxlamaq maddəsi ilə ittiham olunaraq həbs olunub. Elvin Mürvətoğlu elə həmən ilin 25 sentyabr tarixində 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Teqlər : #İnanclı,#fəal,#Elvin,#Mürvətoğlu,#azadlığa,#çıxıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqın cənubundan Ərbəin ziyarətinin piyada yürüşü davam edir - FOTO Nigeriyada 240 məhbus həbsxanadan qaçıb