Nadir rastlanan `çəhrayı göyqurşağı` -FOTO 09 Avqust 2017 01:00 FOTOLAR İngiltərənin qərbində olduqca nadir rast gəlinən bir təbiət hadisəsi baş verib. Bristol şəhəri yaxınlığında çəhrayı bir qurşağı görüntülənib. Meteorologiya mütəxəssisləri müşahidə edilən bu hadisənin optik illüziyadan ibarət olduğunu qeyd edir. Səmanı qırmızıya boyayan Günəş batışı zamanı ortaya çıxan bu göyqurşağı doğru prizmadan baxıldıqda çəhrayı rəngdə görülür. BBC-nin hava proqnozlarını verən aparıcısı Simon King deyir ki, "Əslində hadisə, atmosferdəki su zərrəciklərinin Günəş şüalarını prizma təsiri ilə əks etdirməsindən ibarətdir." Onun sözlərinə görə, çəhrayı rəng Günəşin batış bucağından asılıdır. (bbc) Teqlər : #Nadir rastlanan `çəhrayı göyqurşağı` FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şərq Yarımkürəsində bu ilin ilk Ay tutulması- fotolarda İmam Əlinin (ə) hərəmindən görüntülər - FOTO