Ümumdünya Əhli-Beyt Assambleyası erməni qüvvələrinin Gəncə şəhərinə hücumu ilə bağlı bəyanat yaydı 14 Oktyabr 2020 12:10 Qarabağ xəbərləri Erməni qüvvələrinin Gəncə şəhərinə raket hücumu və bir neçə nəfər Azərbaycan şiələrinin şəhid olması və yaralanması ilə əlaqədar Ümumdünya Əhli-Beyt Assambleyası bəyanat yayıb: Maide.Az bəyanatı təqdim edir: "Bismillahir-rəhmanir-rəhim. İnna lillah və inna ileyhi raciun İmamzadə İbrahim İbn Baqirin (ə) müqəddəs ziyarətgahının olması səbəbiylə İmamzadə şəhəri adlanan Gəncə şəhərinə Ermənistanın hava hücumu nəticəsində bir neçə mülki şəxs olan şiələrin şəhid olması və yaralanması xəbəri bizi sarsıtdı. Ümumdünya Əhli-Beyt Assambleyası dünyadakı şiələrin hüquqlarını qorumaq missiyasına uyğun olaraq, iki ölkə arasında atəşkəs dövründə baş verən bu hadisəni və mülki insanlara edilən hücumları qınayır, şəhid olanlara Allahdan rəhmət və onların yaxınlarına səbr diləyir”. Ümumdünya Əhli-Beyt Assambleyası Teqlər : #Ümumdünya,#ƏhliBeyt,#Assambleyası,#erməni,#qüvvələrinin,#Gəncə,#şəhərinə,#hücumu,#ilə,#bağlı,#bəyanat,#yaydı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur Ermənilər Ağdamda evə mərmi atdı, 1 nəfər yaralandı
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni