Müqavimət `İsrail` casuslarının xidməti portalını həkk etdi 23 Aprel 2015 01:00 Dünya Fələstin İslami Müqavimət Hərəkatı Həmasın təhlükəsizlik bazası sionist rejim casuslarının xidmətə götürülməsi saytını həkk edib. Maide.az-ın məlumatına görə, Həmasın hərbi qolu olan şəhid İzəddin Qəssam batalyonlarına bağlı "Məcd" təhlükəsizlik bazası cümə axşamı günü açıqlayım ki, müqavimət mütəxəssisləri casusluq üçün fələstinli gəncləri cəzb etmək ardınca olan sionist rejimə bağlı sayta haker hücumu ediblər. "Məcd" bazası əlavə edib: "İsrail rejimi Qəzza zolağının ağır iqtisadi vəziyyətindən faydalanaraq fələstinli gəncləri pul qarşılığında cəzb etməyə çalışır. Bu gənclər sayıq olmalıdırlar ki, İsrailin casusluq saytlarının təbliğatına aldanmasınlar." "Məcd" bazası həmçinin əlavə edib: "İsrail rejiminin casusluq saytında qeydiyyata düşən şəxslərin adları əldə olunub və müqavimət sionist düşmənin fələstinli gənclərdən sui-istifadə etmək üzrə məkrli planlarını diqqətlə nəzarətdə saxlayır." Teqlər : #Müqavimət `İsrail` casuslarının xidməti portalını həkk etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə Vyanadakı səfirini geri çağırdı Ukraynada Amerika əleyhinə aksiya keçirilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO