Misirdəki `Əl-Əzhər`dən işğalçı İsrailə tunel etirazı 02 İyul 2019 10:47 Fələstin Misirin «Əl-Əzhər» qurumu İsrailin, işğal altındakı Şərqi Qüdsün Silvan məhəlləsindən Burak (Ağlama) divarına tunel açmasına etiraz edib. Əhzər Qurumu bununla bağlı bəyanat yayıb. Sənəddə sionistlərin Qüdsün kimliyini dəyişdirmə cəhdləri qınanaraq, bunun regiondakı yanğını körüklədiyi bildirilib. Həmçinin beynəlxalq ictimaiyyətə İsrailin qanun pozuntularının qarşısının alınması üçün çağırış edilib. Qeyd edək ki, dünən işğalçı İsrail rejimi Məscidi-Əqsanın cənubunda - yəhudi inancına görə müqəddəs sayılan Silvan Hovuzundan (Breikhat HaShiloah) Hərəmi Şərifin Burak Divarına çıxan tunelin açılışını həyata keçirib. Tədbirdə deputatlar, nazirlərlə bərabər ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsi Jason Greenblatt və ABŞ-ın İsraildəki səfiri David Friedman da iştirak edib. Sözügedən tunel sionist rejiminin Məscidi-Əqsanın ətrafı başda olmaqla yəhudilərə görə «Davud şəhəri» olaraq tanıdılan Silvan məhəlləsi ilə Şərqi Qüds də daxil olmaqla turistik layihələrin, arxeoloji qazıntıların nəzərdə tutulduğu «Shalem» projesinin bir parçasıdır. Fələstinlilər isə Şərqi Qüdsün öz dövlətlərinin paytaxtı olduğunu bildirərək, İsrailin yəhudiləşdirmə siyasəti çərçivəsində Şərqi Qüdsün müsəlman ərəb kimliyini dəyişdirməyə çalışdığını bildirir. Teqlər : #Misirdəki,#`ƏlƏzhər`dən,#işğalçı,#İsrailə,#tunel,#etirazı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi qüvvələri fələstinlilərə atəş açıb Ötən ay 2800 yəhudi Əqsa məscidinə basqın edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar