Misirdə şiə olmuş sünni alimini öldürənlərə hökm oxundu 08 Dekabr 2016 02:00 Dünya Misirdə inqilab baş verdikdən sonra bu ölkədə ən dəhşətli cinayət hadisələrindən biri də əvvəllər sünni alimi olmuş şeyx Həsən Məhəmməd Əl-Şəhatənin vəhşicəsinə qətlə yetirilərək, şəhid edilməsi olmuşdu. Elmi araşdırmalar nəticəsində məzhəbini dəyişən Qahirənin önəmli imam və alimlərindən olan bu insanın günahı yalnız şiəliyi qəbul etməsi olub. 2013-cü ildə 3-minə yaxın vəhabi onun evinə basqın edərək, oğlu və daha 2 tərəfdarını vəhşicəsinə qətlə yetirərək, küçələrdə sürümüşdülər. Mursinin hakimiyyəti dövründə bu cinayətin araşdırmasına təşəbbüs belə olunmasa da, o devrildikdən sonra yeni hakimiyyət cinayərkarları cəzalandırmaq qərarına gəldi. Keçmiş MAQATE rəhbəri Məhəmməd Əl-Bəradei Mursi devrildikdən sonra bildirmişdi ki, Mursini şeyx Şəhatənin qanı tutdu. Misirin Ağır Cinayətlər Məhkəməsi adıçəkilən cinayətdə birbaşa əli olan Əhməd Əl-Əxrəs və onunla birgə olan 23 nəfərə 14 həbs cəzası təyin edib. Şübhəli bilinən 8 nəfər isə azadlığa buraxılıb. (faktxeber) Teqlər : #Misirdə şiə olmuş sünni alimini öldürənlərə hökm oxundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru B.Əsəd: Hələbin tam azad olması ilə terroristlərin və Qərbin daha heç bir şansı qalmır Myanmar humanitar yardımların müsəlmanlara çatdırılmasına icazə verdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO