Misirdə Nizami Gəncəvinin əlyazmaları tapılıb 05 May 2015 01:00 Mədəniyyət Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dəru əl-Kutub əl- Misriyyə) Nizami Gəncəvinin əlyazmaları tapılıb. Bu barədə Qahirə Açıq Amerika Universitetinin Ərəb dili və Ədəbiyyatı fakültəsinin doktorantı Seymur Nəsirov məlumat verib. S. Nəsirov deyib ki, həmin kitabxanada Nizami Gəncəvinin “Xəmsə”si tapılıb. Burada “Xəmsə”nin altı əlyazma nüsxəsi var. S. Nəsirov bildirib ki, bu istiqamətdə tədqiqatlar davam edir və yaxın gələcəkdə ölkəmizlə bağlı yeni əlyazmalar haqqında məlumatlar veriləcək. Qeyd edək ki, “Misir Kitablar Evi” (Dəru əl-Kutub əl- Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir.(apa) Teqlər : #Misirdə Nizami Gəncəvinin əlyazmaları tapılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AMEA: Azərbaycan dilinin qorunması üçün yeni terminoloji baza yaradılacaq İmam Hüseyn (ə) barədə çəkilən filmin təqdimatı olub - FOTO-VİDEO
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək