Misirdə çevriliş əleyhdarlarının aksiyası dağıdıldı 29 Noyabr 2014 02:00 Dünya Misirdə çevriliş əleyhdarı olan qrupların etiraz nümayişlərinə polis müdaxiləsində iki nümayişçi öldürülüb, onlarla adam yaralanıb. maide.az xəbər verir ki, aksiyalar ölkənin paytaxtı Qahirədə, Giza və Manufiyə şəhərlərində davam edir. Qahirədə əllərində Misir bayraqları və "Rabiyə" işarəsi olan plakatlar daşıyan etirazçılar ara küçələrdə toplaşaraq əsas prospektlərə doğru gediblər. Dövlət çevrilişini həyata keçirənlərin sərt müdaxiləsi nəticəsində paytaxtdakı aksiyalar dağıdılıb. Misir polisi fövqəladə təhlükəsizlik tədbirləri görüb və başda Qahirə olmaqla ölkənin bütün şəhər və qəsəbələrində təhlükəsizlik və səhiyyə işçilərinin icazələrini ləğv edib. Hündür binalara da snayperlər yerləşdirilib. Təhlükəsizlik qüvvələrinə aid vertolyotlar da fasiləsiz olaraq böyük meydanların üzərində kəşfiyyat uçuşları keçirirlər. Dünənki hadisələrdə Misir ordusunun 3 zabitinin də açılan atəş nəticəsində öldüyü bildirilir. Teqlər : #Misirdə çevriliş əleyhdarlarının aksiyası dağıdıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pan Gi Mun məscidə hücumu pislədi İraqda İŞİD terror təşkilatı rəhbərlərindən biri öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO