Minlərlə adam Netanyahu əleyhinə aksiya keçirdi - Foto 22 İyul 2020 12:20 Fələstin Fələstinin işğal olunmuş ərazisində minlərlə adam işğalçı rejimin Baş Naziri Binyamin Netanyahunun "COVID-19" ilə mübarizəni pis idarə etməsi və barəsindəki korrupsiya ittihamları səbəbilə etiraz aksiyaları keçirib. "Qara bayraq hərəkatı" adlı qrup tərəfindən təşkil edilən aksiya Qərbi Qüdsdəki Baş Nazir iqamətgahı önündə başlayıb. Burada toplaşan kütlə İsrail rejimi parlamentinə yürüş edib. Netanyahunu nəzərdə tutaraq, "cinayət baş naziri" yazılmış köynəklər geyinən etirazçılar tez tez "Bibi (Netanyahu) evinə qayıt" şüarları səsləndiriblər. Polis, yürüş zamanı aksiya iştirakçılarının keçdiyi yolları bağlayıb. Parlament qarşısındakı aksiyaya bəzi müxalif deputatlar da qoşulub. Xatırladaq ki, ötən həftə də Netanyahu əleyhinə aksiyalar təşkil olunmuşdu. /eastnews.org/ Teqlər : #Minlərlə,#adam,#Netanyahu,#əleyhinə,#aksiya,#keçirdi,#Foto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəhudi miqrantlar fələstinlilərə məxsus bağlara od vurdu İsrail qüvvələri fələstinli uşaqları saxladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar