İmişli prokurorluğunun qarşısında aksiya 19 Noyabr 2014 02:00 Ölkə İmişli rayon Prokurorluğunun qarşısında aksiya keçirilir. Avropa.info-nun əməkdaşı xəbər verir ki, bir müddət əvvəl qətlə yetirilən İmişli rayonu Sarxanlı kənd sakini Əliyev Zahir Cəlal oğlunun qohumları İmişli Prokurorluğunun qarşısında etiraz aksiyası keçirir. Zahir Əliyevin qohumları ölüm işinin aparılmasından narazıdırlar. Qohumlar bildirib ki, Zahir Əliyev 8 avqustda qətlə yetirilib. Lakin prokurorluğun müstəntiqi çinayyət işini 125- ci maddə (özünə qəsd) ilə aparır. Mərhumun yaxınları əməkdaşımıza bildiriblər ki, məhkəmə tibbi ekspertizasının rəisi Şahid Qasımov isə ekspertiza rəyini qəsdən səhv yazıb. / Teqlər : #İmişli prokurorluğunun qarşısında aksiya, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda xəstəliklərə diaqnozun qoyulmasında yeni sistem tətbiq ediləcək Bakıda `Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi açılıb