Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verildi 13 Oktyabr 2014 01:00 Ölkə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib. Trend-in məlumatına görə, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. İclasda qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunmuş M.Qurbanlı deputat mandatının ləğv edilməsi üçün ərizə ilə MSK-ya müraciət edib. M.Qurbanlının müraciəti müzakirə edilərək onun deputat mandatının ləğv edilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə dair qərar verməlidir. / Teqlər : #Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Masallı rayonunda əhali etiraz aksiyası keçirib-Foto Allahşükür Paşazadə ali lider Ayətullahül-üzma Seyid Əli Xameneini Azərbaycana dəvət edib