Masallıda yanğın nəticəsində bir ailənin üç üzvü həlak olub 08 May 2018 01:00 Hadisə -- 1 nəfər xəsarəti alıb Masallıda evdə baş verən yanğın zamanı xəsarət alan daha bir nəfər ölüb. APA-nın cənub bürosunun xəbərinə görə, yanıq xəsarətləri alan şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib. Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb. Qeyd edək ki, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib. Teqlər : #Masallıda yanğın nəticəsində bir ailənin üç üzvü həlak olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xudatda məktəb yanıb Xorvatiyada daha bir məscid istifadəyə verildi