Maqnit qasırğası PROQNOZU verildi, nə qədər davam edəcək? - Rəsədxanadan cavab 10 İyun 2019 12:44 Ölkə İyunun 10-12-də geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir. Maide.Az bildirir ki, Bu barədə Trend-ə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Rəsədxanadan bildirilib ki, iyunun 10-11-də maqnit qasırğasının yaranması ehtimalı 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir. Ümumilikdə iyunun 10-12-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Proqnoz dövründə Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək. Əsasən 11-12 iyunda Günəş küləyinin güclənəcəyi gözlənilir. Teqlər : #Maqnit,#qasırğası,#PROQNOZU,#verildi,#nə,#qədər,#davam,#edəcək?,#Rəsədxanadan,#cavab, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yay qəbul imtahanlarının keçirilmə vaxtları – Dəqiq tarixlər Sabahın hava proqnozu açıqlanıb