İmam Xomeyninin (r) müsəlman gənclərə nəsihətləri 16 Sentyabr 2016 01:00 İslam lideri Maide.Az İmam Xomeyninin (r) müsəlman gənclərə nəsihətlərini təqdim edir: 1. Beş vaxt namazı vaxtında qılın, gecə namazı da qılmağa çalışın. 2. Vacibləri yerinə yetirib, haramlardan uzaq olun. 3. Bazar ertəsi və cümə axşamı günləri imkan həddində oruc tutmağa çalışın. 4. Çox yatmayın və Quranı-Kərimi çox oxuyun. 5. Sözünüzün üstə durun və vədlərinizi yerinə yetirin. 6. Sadə və nümayişdən uzaq geyimlər geyinin. 7. Yoxsullara kömək edib, hər gün sədəqə verməyə çalışın. 8. Çox xərc aparan, dəbdəbəli məclislərə qatılmayın, özünüz də belə məclislər qurmayın. 9. Çox danışmayın, çox dua edin. 10. İnformasiyanızı artırın, dini diskussiyalara qatılın. 11. Etdiyiniz yaxşılıqları unudun və keçmiş günahlarınızı xatırlayın. 12. İdmana ciddi diqqət verin. 13. İslam ölkəsinin ehtiyac duya biləcəyi bütün elmləri öyrənməyə çalışın. 14. Hər baxımdan diqqətli və ayıq olun. 15. Quran qiraəti və təcvid qaydalarını öyrənin. 16. Günün tələbini öyrənin, aktual xəbərləri, xüsusilə də müsəlmanları maraqlandıran xəbərləri izləyin. 17. Maddiyatda yoxsulları, mənəviyyatda rəbbani alimləri örnək götürün. 18. Axşam yatmazdan əvvəl özünüzlə hesab çəkin, gün ərzində işləmiş olduğunuz günahlardan tövbə edin və gözəl işləriniz üçün şükür edin. 19. Alimlərlə rabitəni əsla kəsməyin, davamlı olaraq onların söhbətində iştirak edin. Teqlər : #İmam Xomeyninin (r) müsəlman gənclərə nəsihətləri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameneinin Səudiyyə haqda “Lənətlənmiş Ağac” ifadəsi nə deməkdir? Ayətullah Xamenei 500-dən çox məhbusu əfv etdi
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB