İmam Hüseynin (ə) hərəmində ən böyük zirzəmi tikiləcək 06 Noyabr 2018 11:18 Xəbərlər İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseynin (ə) hərəminin genişləndirilməsi layihəsi çərçivəsində tezliklə hərəmin ən böyük zirzəmisi olacaq və “Əl-Qiblə” adlanacaq sərdab (zirzəmi) tikintisinə start veriləcək. Maide.Az “Fars” agentliyinə istinadla xəbər verir ki, bu haqda İmam Hüseyn (ə) hərəminin mühəndislik və texniki layihələr departamentinin direktoru Hüseyn Rza Mehdi məlumat verib. “Əl-Qiblə sərdabının sahəsi çox böyük olacaq. Zirzəmi Zeynəbiyyə qapısı adlandırılan yerdən Rəca qapısınadək ərazini əhatə edəcək. Ərra zalı və əl-Hair zalı arasındakı ərazidə bu sərdaba əlavə olunacağı nəzərdə tutulub". Qeyd edək ki, son illər ərzində İmam Hüseyn (ə) hərəmində 3 yeni eyvan inşa edilib. Rəsuş-Şərif adlanan yeni eyvan Ərbəin ziyarətindən öncə zəvvarların istifadəsinə açılıb. Bu eyvanda eyni vaxtda 1500 nəfər istifadə edə bilər. Teqlər : #İmam,#Hüseynin,#(ə),#hərəmində,#ən,#böyük,#zirzəmi,#tikiləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dərd dərmanı üstələyəndə: Azərbaycanda şəkər xəstələrinin sayı artır Əsgər anaları yenə Prezident Administrasiyasının önündə