Malayziyada yeni dil aşkar olunub 07 Fevral 2018 02:00 Maraq dünyası -- bu dildə yalnız kəndin 300-ə yaxın sakini danışır Malayziyanın şimalında yerləşən kəndlərin birində dilçilər indiyə qədər məlum olmayan danışıq dili aşkar edib. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, Kelantan ştatının Sunqay Rual kəndinin sakinlərini müşahidə edən alimlər onların ətraf bölgələrdən fərqlənən dildə danışdığını müəyyənləşdirib. Qeyd olunur ki, bu dildə yalnız kəndin 300-ə yaxın sakini danışır. Həyata keçirilən müşahidələr nəticəsində məlum olub ki, bu dildə “almaq” və “satmaq” anlayışları, eləcə də xüsusi mülkiyyət, məhkəmələr, cinayətlər kimi anlayışlar mövcud deyil. Qeyd edək ki, statistikaya əsasən dünyada 7 minə yaxın dil mövcuddur ki, bunlardan yalnız 6 faizi geniş yayılıb. Teqlər : #Malayziyada yeni dil aşkar olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `YouTube` 130 ölkədə hostinqə giriş imkanlarını artırıb ABŞ-da nəhəng kibercinayət dəstəsinin üzvləri həbs edilib