Magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb 27 Dekabr 2016 02:00 Xəbərlər Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb. Bu gün səhər saatlarında başlayan yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əraziyə cəlb edilən 6 texnikası və canlı qüvvənin köməkliyi ilə yanğın tam məhdudlaşıdırılıb. Qeyd edək ki, SOCAR-dan verilən məlumata görə yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. (report) / Teqlər : #Magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanadanın Vankuver məscidi şaxtalı havalarda evsizlәrә sığınacaq oldu Rusiyanın “Tu-154” təyyarəsinin düşdüyü yerdə yeni cəsədlər aşkarlanıb