Macarıstanda etiraz aksiyası keçirilib 27 İyul 2021 11:03 Xəbərlər Macarıstanın paytaxtı Budapeştdə hökumətin istefası tələbi ilə aksiya keçirib. Maide.Az xəbər verir ki, aksiya iştirakçıları hökumətin sionist rejimin “Pegasus” casus proqramını istifadə etməsinə etiraz edib, hökumətin jurnalistlər, vəkillər və tacirlərə nəzarət üçün bu proqramdan gizlicə istifadə etməsinə görə istefasını tələb ediblər. Aksiyada mindən çox insan iştirak edib. Qeyd edək ki, dünyanın müxtəlif bölgələrində insan haqları müdafiəçiləri və media azadlığı təşkilatları sionist rejimin özəl NSO Group şirkətinin Pegasus izləmə proqramı vasitəsilə jurnalistlərin, vəkilərin, tacirlərin və siyasi partiya üzvlərinin hədəf alındığı xəbərlərinə görə qəzəblərini ifadə edir. Teqlər : #Macarıstanda,#etiraz,#aksiyası,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru KXDR və Cənubi Koreya arasında birbaşa rabitə xətti bərpa edilib Qədir-Xum bayramı münasibətilə İmam Əlinin (ə) hərəmində hazırlıq işləri görülür - FOTO