Londonda NATO və Trampa qarşı etiraz mitinqi 04 Dekabr 2019 16:23 Dünya Londonda keçirilən NATO Sammiti ilə paralel olaraq ABŞ prezidenti Donald Trampa qarşı da etiraz aksiyaları başlayıb. Etirazçılar NATO və Amerika liderini Yaxın Şərq və Latın Amerikası ölkələrinə qarşı təcavüzdə ittiham edirlər. Etirazçılar Trafalqar meydanına toplaşıblar. Onlar əllərində "NATO! Əlini Fələstindən çək!", "Əlini Kubadan çək!" və sair şüarlar yazılmış plakatlar qaldırıblar. Əlində plakat qaldırmış başqa bir qız isə "Tramp, Milli Səhiyyə Xidmətindən əlini çək!" deyə tələb səsləndirib. Müxalif Aksiya iştirakçılarının çoxu İngiltərənin Baş naziri Boris Consona qarşı da çıxaraq onu ingilislərin deyil, ABŞ-ın maraqlarına çalışmaqda ittiham edib. Meydandakı mitinqdən sonra etirazçılar Kraliçanın NATO liderlərini qəbul etdiyi Bukinqam Sarayına yürüş ediblər. /FaktXəbər Teqlər : #Londonda,#NATO,#və,#Trampa,#qarşı,#etiraz,#mitinqi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx Zəkzəkinin azadlığa buraxılması qərarından 3 il keçdi Fitr bayramı ABŞ-ın daha bir şəhərində rəsmi tətil olacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO