Livan parlamentində işıqlar sönüb, hökumətin təsdiqi təxirə salınıb 20 Sentyabr 2021 18:23 Dünya Livan parlamentinin binasında elektrik enerjisi verilməsində yaranmış fasiləyə görə hökumətin təsdiqlənməsi təxirə salınıb. “Report” “xəbər verir ki, məlumatı "Newsru.co” yayıb. Bildirilib ki, sentyabrın 20-də Baş nazir Nəcib Mikati parlamentə Nazirlər Kabinetinin proqramını təqdim etməli imiş. Bunun ardınca deputatlar yeni hökumətə etimad göstərməli imişlər. Yerli vaxtla səhər saat 11-də başlayan iclas parlamentin binasına elektrik enerjisinin verilməsində yaranan fasiləyə görə dayandırılıb. Livanda əhali elektrik enerjisindən əziyyət çəkir. Onlarla həmrəy olmaq üçün binanın işığı söndürülüb. Nəcib Mikati bildirib: “Beyrutun ürəyində bizi əhatə edən qaranlıqda şam yandırmaqla əziyyət çəkən insanların ümidlərinə işıq saçmalıyıq”. Müxalifət təmsilçisinin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi Livan dövlətinin kollapsına əyani sübutdur. Teqlər : #Livan,#parlamentində,#işıqlar,#sönüb,#hökumətin,#təsdiqi,#təxirə,#salınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İngiltərə və Fransa müdafiə nazirlərinin görüşü mübahisə səbəbindən ləğv edildi Rusiyada Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO