Konqoda etnik qarşıdurma; 45 ölü, 60 yaralı 19 Dekabr 2018 09:35 Dünya Konqo Demokratik Respublikasının (KDR) qərbində iki etnik qrup arasındakı qarşıdurmada azı 45 nəfər ölüb. 16 dekabrdan bu yana Mai-Ndombe şəhərində Banunu və Batende qəbilələri arasında toqquşmalar baş verir. Banunu qəbiləsi nümayəndələrinin Batende ərazilərində basdırılmış rəhbərlərinin qalıqlarını götürmək istəməsindən sonra meydana gələn qarşıdurmada 45 adam ölüb, 60 adam yaralanıb. Qarşıdurmalar səbəbindən yüzlərlə adam meşəyə qaçıb, aralarında yaralıların da olduğu azı 4 min nəfər KDR-li Konqo çayını keçərək, qonşu Konqo Xalq Respublikasına sığınıb. Ordu qüvvələrinin bölgəyə cəlb edilməsindən sonra qarşıdurmaların dayandığı bildirilir. /eastnews.org/ Teqlər : #Konqoda,#etnik,#qarşıdurma;,#ölü,#yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 19 dekabr Beynəlxalq Yoxsullara Yardım Günüdür 3 həftə öncə həbs olunan Bəhreynli şiə alim sərbəst buraxılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO