Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə 28 İyul 2017 01:00 Ölkə Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin əvvəlcədən elan olunmuş tarixlərdə qeydiyyatdan keçməyən cari ilin məzunları üçün “Abituriyentin elektron ərizəsi” qeydiyyat sistemi ixtisas seçimi bitənədək yenidən aktiv edilib. Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 9 illik təhsil bazasından kolleclərə qəbul olmaq üçün ixtisas seçimi avqustun 6-dək davam edəcək. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak etmiş və tələb olunan müsabiqə şərtlərini ödəmiş cari ilin məzunları avqustun 6-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak edə bilərlər. İxtisas seçiminə buraxılış imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Teqlər : #Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb Dizel yanacağı bahalaşa bilər?