`Kasperski laboratoriyası` bütün dünya üzrə pulsuz antivirus buraxır 26 İyul 2017 01:00 Maraq dünyası Rusiyanın "Kasperski laboratoriyası" dünya üzrə istifadəsi mümkün olan "Kaspersky Free" pulsuz antivirusunun buraxılacağını elan edib. Bu barədə şirkətin baş direktoru Yevgeni Kasperski açıqlama verib. Şirkətin saytında bildirilir ki, pulsuz antivirus digər pullu versiyalarla rəqabətə girməyəcək. Yevgeni Kasperski deyib ki, bir çox istifadəçinin pulu olmadığı üçün antivirusun saxta forması və Microsoft Windows Defenderə müraciət edirlər. Yeni "Kaspersky Free" antivirusu istifadəçilərin əksəriyyətinin müdafiəsini təşkil edəcək. Qeyd edək ki, "Kasperski laboratoriyası" pulsuz antivurusu 2016-ci ildə Rusiya, Ukrayna, Belarus, o cümlədən Çin,Danimarka, Norveç, Finlandiya və İsveçdə uğurla sınaqdan keçirilib. (FaktXəbər) Teqlər : #`Kasperski laboratoriyası` bütün dünya üzrə pulsuz antivirus buraxır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sosial mediadan ən çox bu saatlarda istifadə edirik “WhatsApp”da blokdan çıxmağın yeni üsulu