'Kəşmir İngiltərənin regionda açdığı yaradır'- Ayətullah Xamenei 21 Avqust 2019 16:58 İslam lideri "Hindistan hökuməti ölkədəki müsəlmanlara qarşı insaflı davransın, insaflı siyasət yürütsün və Kəşmir müsəlmanlarına qarşı güc tətbiqindən əl çəksin." Maide.az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei Hökumət rəsmiləri ilə görüşdə Kəşmirdə baş verən hadisələrə münasibət bildirib. Ayətullah Xamenei bildirib ki, İran və Hindistan arasında münasibətlər normaldır. "Hindistan və Pakistan arasında Kəşmir məsələsiylə bağlı mövcud olan problem vaxtilə İngiltərənin xəbis addımlarının nəticəsidir. İngiltərə Kəşmirdə gərginliyin davamı üçün bölgədə bu yaranı qəsdən açıq saxladı və bölgəni tərk etdi." Ayətullah Xamenei həmçinin məsul şəxsləri ölkə daxilində istehsal həcmini artırmağa və diqqəti istehsala yönəltməyə səsləyib və bildirib ki, mövcud problemlərin əsas açarı istehsal sahələrini gücləndiməkdədir. Ayətullah Xamenei ölkənin neft gəlirlərindən asılılığını tənqid edərək, kənd təsərrufatı və elmi inkişafı artırmağa, iqtisadi sahələri şaxələndirməyi ölkə rəhbərliyinə tövsiyyə edib. O, həmçinin ölkə daxilində yoxsulluğun aradan qaldırılması və iqtisadi gəlirlərin ədalətli paylanmasının zəruriliyini vurğulayıb. Teqlər : #'Kəşmir,#İngiltərənin,#regionda,#açdığı,#yaradır',#Ayətullah,#Xamenei, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei Hökumət həftəsi münasibətilə ölkə başçısı və nazirlərlə görüşüb - FOTO İmam Kazim (ə) və təqiyyə zirehi ilə mübarizə - Ayətullah Xamenei (VİDEO)
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB