Kərbəlada 1500 mokib və xidmət qrupu zəvvarlara xidmət göstərəcək - FOTO 20 Sentyabr 2017 01:00 Məhərrəmlik 1500 mokib və xidmət qrupu Kərbəlada Məhərrəm ayınında zəvvarlara xidmət göstərəcək və təhlükəsizliyin təmini üçün təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edəcək. Maide.Az “imamhussain.org” saytına istinadən xəbər verir ki, İmam Hüseyn (ə) hərəminin Ttədbirlər və Prosesləri İdarəsinin rəisi Riad Nima əl-Salman bildirib ki, idarə Kərbəlada Aşura şəhidlərinin əza məclisinə qatılan mokib və xidmətçi qruplara xüsusi təlimatlar verib. O əlavə edib ki, bu təlimatlarda zəvvarların təhlükəsizliyini təmin etmək məqsədilə təhlükəsizlik qüvvələrinin verdiyi göstərişləri yerinə yetirmək, şübhəli hallar gördükdə dərhal təhlükəsizlik qüvvələrini məlumatlar qeyd olunub. R.N.əl-Salman deyib ki, biz həmçinin mokib və xidmətçi qruplardan təlimatlarda istəmişik ki, əhalinin toplaşdığı məkanlarda, küçələrdə və gediş-gəliş üçün şərait yaratsınlar, təmizliyə riayət etsinlər, namaz vaxtında insanların namaz qılması üçün şərait yaratsınlar. / Teqlər : #Kərbəlada 1500 mokib və xidmət qrupu zəvvarlara xidmət göstərəcək FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın 41 ölkəsində “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans keçiriləcək İmam Hüseynin (ə) hərəminin nəzdində universitet açıldı - FOTO