Kərbəla zəvvarlarına xoş xəbər: Bəsrə- Kərbəla sərnişin qatar xətti açılır 13 Sentyabr 2017 01:00 Dünya İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) ziyarətinə getmək istəyən zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədilə tezliklə İraqın cənubundan mərkəzinə (Bəsrə şəhərindən Kərbəla şəhərinə) sərnişin qatarı xətti açılacaq. Maide.Az xəbər verir ki, bunu İraqın Dəmir Yolları İdarəsi açıqlayıb. Bəsrə və Kərbəla arasında sərnişin qatarı həftədə 2 dəfə hərəkət edəcək. Belə ki, qatar həftənin çərşənbə günü yerli vaxtla 22:00-da Bəsrədən Kərbəlaya hərəkət edəcək və həftənin şənbə günü isə saat 22:00-da geri dönəcək. Bəsrə və Kərbəla arasında sərnişin qatar biletinin qiyməti 7- 25 min dinar (5-22 dolar) təşkil edəcək. Zəvvarlara xidməti podratçı şirkət həyata keçirəcək. Zəvvarları Kərbəla stansiyasından İmam Hüseyn (ə) və Həzrət Əbulfəzl Abbasın (ə) hərəminə daşımaq üçün avtobuslar xidmət göstərəcək. Qeyd edək ki, İraqın Dəmir Yolları İdarə rəisi artıq sərnişin qatarının açılması ilə bağlı lazimi göstərişi verib. Teqlər : #Kərbəla zəvvarlarına xoş xəbər: Bəsrə Kərbəla sərnişin qatar xətti açılır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran hərbi bazaların yoxlanılmasına icazə verməyəcək Kabildə stadion yaxınlığında PARTLAYIŞ
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO