Şirvan Milli Parkında yanğın hadisəsi baş verib 23 May 2017 01:00 Hadisə 22 may 2017-ci il tarixində Şirvan Milli Parkının Neftçala rayonunun Müşfiqabad qəsəbəsi ilə sərhəddində yanğın hadisəsi baş verib. Maide.Az ETSNə istinadən xəbər verir ki, ərazidə əsən güclü külək nəticəsində yanğın qısa müddət ərzində Şirvan Milli Parkının ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub və qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb. Yanğın nəticəsində Milli Parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır. / Teqlər : #Şirvan Milli Parkında yanğın hadisəsi baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qanlı həftəsonu: 9 ölü, 28 yaralı Bəhreyn qiyamı: 5 bəhreynli etirazçı şəhid olub