Çin və Hindistan Ladah bölgəsində qüvvələrini artırır 10 Sentyabr 2020 11:54 Dünya Çin və Hindistanın Ladahın şərqindəki faktiki nəzarət xəttinə yeni qoşun yeritdiyi və sərhədin bu hissəsində hərbi gərginliyin artmağa davam etdirdiyi açıqlanıb. Bu barədə bu gün “Hindustan Times” Hindistan hərbi mənbələrinə istinadən xəbər verib. "Çin Ladah və qonşu sərhəd bölgələrində 50 min əsgər, tank, artileriya, 150 qırıcı, hava hücumundan müdafiə sistemləri cəmləşdirib. Hindistan Silahlı Qüvvələri Çin əsgərlərinə oxşar şəkildə cavab verir", - deyə nəşr mənbənin sözlərini sitat gətirib. Məlumata əsasən, Çin Xalq Qurtuluş Ordusunun 5000-dən 7000-ə qədər hərbçi və 20-dək tankı cəmləşdirdiyi dağ gölü Panqonq-Tso bölgəsində vəziyyət xüsusilə gərgin olaraq qalır. Hindistan qoşunları tamamilə Çin nəzarətində olan gölün şimal sahilindəki yüksəklikləri ələ keçirdikdən sonra Hindistan və Çin qoşunları indi yalnız 200 metr məsafədədir. Son günlərdə Çin ordusu Hindistan əsgərlərini qovmaq və Panqonq-Tsonun şimal hissəsinə tam nəzarəti bərpa etmək üçün bir neçə dəfə uğursuz cəhd edib. /eastnews / Teqlər : #Çin,#və,#Hindistan,#Ladah,#bölgəsində,#qüvvələrini,#artırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru New Yorkda 100 mindən çox şagirdin daimi evi olmadığı bildilir Bu ölkələrdə iqlim dəyişikliyini ən böyük təhdid kimi görürlər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO