Çin İmperatoru Honq Vudan Həzrət Məhəmməd (s) şeiri 30 Yanvar 2016 02:00 Dünya Maide.az xəbər verir ki, Çində Ming Xanədanının ilk imperatoru olan Honq Vunun 14-cü əsrin sonlarında Həzrət Peyğəmbəri (s) tərifləyən bir şeir yazdığı ortaya çıxıb. Honq Vu Çində 1368-1398-ci illər arasında hökmran olub. Honq Vu Yuan Xanədanına qalib gələrək ölkə rəhbərliyinə keçən Minq sülaləsinin ilk hökmdarıdır. Honq Vunun ordusunda aralarında Çen Yuchun, Lan Yu, Ding Dexing, Siz Ying, Feng Sheng və Hu Dahai kimi məşhur generalların da olduğu 10 müsəlman komandir olub. İmperator Honq Vunun səltənəti zamanı çoxlu sayda məscid tikdirdiyi, Nanjing şəhərindəki dağıdılmış olan Jinjue məscidini də yenidən inşa etdirərək, çoxlu sayda Xoi müsəlmanının bu şəhərə daşınmasını təmin etdiyi də məlumdur. İmperatorun həyat yoldaşı imperatriça Manın da sonradan müsəlman olan bir ailədən gəldiyi tarixi iddialar arasındadır. İmperatorun şeiri hər birində dörd söz olan 24 misradan ibarətdir. Kainatın yaradılışından bu yana Allah elçi göndərməyi qərarlaşdırmışdı Bu böyük, imanlı adam Qərb ölkələrində dünyaya gəldi O, müqəddəs kitabı gətirdi O kitab otuz parçaydı Bütün aləmlər üçün rəhbəriydi Bütün rəhbərlərin əmiriydi Hər bir müqəddəsin başçısıydı o Dəstək alaraq önəmli insanlardan Ümmətini salam yoluna yönəltdi Beş vaxt namaz ilə Sakitlik, ümid və sülh ilə Allaha əsaslanırdı bütün qəlbilə Kasıblar üçün ümid oldu Onları bəlalardan, çətinliklərdən xilas etdi Qaranlığın üzərinə çökdüyünü görüncə Ruhları və aləmləri işıqlandırdı Uzaqda qaldı bütün günahlar Sözlər kifayət etməz ona təşəkkürə Müqəddəs yolu təqdim etdi bizə Bütün şeytanları məğlub edib Onun dini saf və haqdır Məhəmməd (s) soylu və böyükdür. Teqlər : #Çin İmperatoru Honq Vudan Həzrət Məhəmməd (s) şeiri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran “ABŞ gəmisinin üstündən dron uçurdub” Hizbullah Hərəkatı baş katibindən Livan açıqlaması
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO