Çində İslam dininə aid simvollar qadağan olunub 31 İyul 2019 15:29 Dünya Çində İslam dininə aid simvol və ərəbcə yazıları qadağan olunub. Hökumət reklam lövhələrində islam simvolu və ərəb hərfləri ilə olan yazıları yığışdırır. Maide.Az “Röyters” informasiya agentliyinə istinadla xəbər verir ki, ilk növbədə bu qadağa halal qida rasionu təklif edən restoranlara şamil olunub. Pekində fəaliyyət göstərən 11 restoranın müsəlman sahibi bildiriblər ki, hakimiyyət orqanları onlara ərəb hərfləri ilə menyü yazmağı, islama aid hər hansi bir nişan sərgiləməyi qadağan edib. Həmçinin yeni doğmuş ay işarəsinin də islami simvol kimi yığışdırmağı əmr ediblər. Xatirladaq ki, Çində 2016-cı ildən başlayaraq dini zəmində təzyiqlər artıb. Bu kompaniya mövcud olan dini təzahürləri Çin mədəniyyətinin təsirinə salmaq məqsədi daşıyır. Bu hərəkatın tərkib hissəsi kimi Çində fəaliyyət göstərən məscidlərin günbəzləri dəyişdirlərək Çin dam-tavanı şəklində düzəldilməyə məcbur edilmişdi. Teqlər : #Çində,#İslam,#dininə,#aid,#simvollar,#qadağan,#olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda sərnisişin avtobusu partladıldı, 34 nəfər öldü Putin ilə Trump arasında telefon danışığı olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO