Çində saxta qida məhsullarına görə 8,5 min nəfər həbs edilib 03 İyul 2019 09:40 Dünya Çin hüquq-mühafizə orqanları cari ilin yanvar ayından may ayınadək saxta qida məhsullarının istehsalı və bazara çıxarılmasında şübhəli bilinən təxminən 8,5 min nəfəri həbs edib. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, polis müvafiq dövr ərzində ölkədə dövlət standartlarına uyğun olmayan malların yayılmasına görə təxminən 3,8 min gizli fabrik, anbar və qeyri-leqal məntəqələri aşkar edərək ləğv edib. Ərzaq təhlükəsizliyi normalarının pozulması faktı üzrə ümumilikdə 4,5 min cinayət işi açılıb. Çin qanunvericiliyinə əsasən, təhlükəli ərzaq məhsullarının istehsalı və satışına görə cərimə və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağırlaşdırıcı hallarda bu cəzalar ölüm hökmü və əmlakın müsadirə edilməsi ilə əvəz edilə bilir. /Report / Teqlər : #Çində,#saxta,#qida,#məhsullarına,#görə,#min,#nəfər,#həbs,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada Şeyx Zəkzakiyə dəstək aksiyası keçirilib - FOTO Səudiyyə Ərəbistanı qüvvələri şiələrin yaşadığı bölgəyə basqın etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO