Çində İslami kitabların çap və satış mərkəzinin sahibi həbs olunub 12 Oktyabr 2017 01:00 Dünya Çin hökuməti Pekin şəhərində İslami kitabların çapı və nəşri ilə məşğul olan "İslami kitabların çapı və satışı mərkəzi"ni bağlatdırıb və sahibini terrorçuluq və radikalizmi yaymaqda günahlandıraraq həbs edib. Maide.Az xəbər verir ki, buna səbəb Çinin kommunist partiyasının milli konqresinin keçirilməsi olub. Çin dövləti Quran nüsxələrinin və dini əşylarının əhalidən toplanılması, uyğur müsəlmanlara hotel xidmətlərinin qadağan edilməsi, İslami geyimlərin və İslami simvolların istifadəsinə qadağa, İslami adların qoyulmasının qadağan olunması və s. bu kimi addımları yaxın günlərdə kommunist partiyasının keçiriləcək konqresin təhlükəsizliyi təmin etmək məqsədi ilə etdiyini açıqlayıb. Qeyd edək ki, bağlanan mağaza Çinin Pekin şəhərində fəaliyyət göstərdi və kitablarını "islambook.net" saytı vasitəsilə satırdı. Xatırladaq ki, "islambook.net" saytı müxtəlif mövzularda dini kitabların, dini əşyaların, İslami incəsənət əsərlərinin, dini geyimlərin və halal qida məhsullarının satışı ilə məşhur olan bir saytdır.(iqna) Teqlər : #Çində İslami kitabların çap və satış mərkəzinin sahibi həbs olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT təsdiqlədi: Myanma ordusu Rohinciyalı müsəlmanlara hücum edib ABŞ UNESCO-dan çıxdığını elan etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO