Çində növbəti mədən qəzası: 20 fəhlədən xəbər yoxdur

Çinin Urumçi dairəsindəki Midun şəhəri yaxınlığında yerləşən daş kömürü mədənində qəza baş verib, nəticədə azı 20 fəhlə yerin altında qalıb.
 
İnsident ötən gün 22.30 radələrində baş verib. Qəzanın təfərrüatları və səbəbləri hələlik açıqlanmır.  
 
Agentliyin məlumatına görə, insident nəticəsində ölən və yaralananlar var, lakin onların dəqiq sayı açıqlanmır.
 
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.  

Google+ WhatsApp ok.ru