Honkonqda güclü qasırğa baş verib, ölən və yaralananlar var 28 Avqust 2017 01:00 Dünya Honkonqda baş verən güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 62 nəfər xəsarət alıb, Çinin xüsusi inzibati bölgəsi Makaoda isə 8 nəfər yaralanıb. Təbii fəlakət həmçinin Makao, Honkonq və Çinin Quandun əyalətlərini əhatə edib. “Pakxar” qasırğası ilə əlaqədar görə Honkonqun beynəlxalq hava limanında 670 uçuş ləğv edilib, dəniz nəqliyyatı dayandırılıb, ictimai nəqliyyat iflic olub. Şəhərdə həmçinin dövlət idarələri, banklar və məktəblər bağlanıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. Qeyd edək ki, avqustun 24-də Çinin cənubunda “Xato” qasırğası 12 nəfərin həyatına son qoyub. (apa) / Teqlər : #Honkonqda güclü qasırğa baş verib,#ölən və yaralananlar var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təlafərin tam azadlığı xəbəri yaxın saatlarda elan ediləcək Əfqanıstanda bomba partlayıb: 13 ölü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO