Heyvandarlıq sıradan çıxarılır 12 Avqust 2017 01:00 Ölkə Ölkənin idxal məhsullarından aslılığı artmaqda davam edir. Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə 748,5 milyon dollar dəyərində yeyinti məhsulları idxalı olunub. Halbuki keçən ilin eyni dövründə bu göstərici 702,3 milyon dollar təşkil etmişdi. Gördüyünüz kimi yeddi ay ərzində ərzaq malları idxalı keçən illə müqayisədə 46,2 milyon dollar dəyərində artıb. Xüsusən heyvandarlıq məhsullarının idxalında daha çox artım müşahidə olunur. Belə ki, süd idxalı 57 faiz, kərə yağı 28,78%, süd məhsulları idxalı 29,39%, heyvan mənşəli məhsullar 2,2 dəfə, kəsim üçün ölkəyə gətirilən diri heyvanlar 54 faiz, ət idxalı 2,2 dəfə, ət məhsulları idxalı isə 54 faiz artmışdır. Aparılan yanlış siyasət nəticəsində ölkənin ərzaq təminatında çox böyük əhəmiyyət kəsb edən heyvandarlıq artıq sıradan çıxmaq üzrədir. (azadliq.info) / Teqlər : #Heyvandarlıq sıradan çıxarılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnternetin sürəti niyə zəifdi? Avqustun 21-də tam Günəş tutulması baş verəcək