Halal qida məhsulları dünyada sürətlə yayılır 07 Oktyabr 2016 01:00 Dünya Ekspertlərin rəyinə əsasən, Yaxın beş il ərzində islami qida və həyat tərzinə çəkilən xərclərin həcmi 3 trilyon dollara çatacaq. Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 2021-ci ildə İslam Maliyyə Sektorunun xərcləri 3.3 trilyon dolara çatacaq. Hazırda isə, onun aktivləri 2 trilyon dollardır. Dubay İnkişaf Mərkəzi İslam iqtisadiyyatının qlobal İslam iqtisadiyyatının vəziyyəti haqqında məruzəsində, 2021-ci ildə halal qida məhsulları və içkilər üçün xərclərin 1,9 trilyon dollara qədər artacağını proqnozlaşdırıb. Hesabatda qeyd edilir ki, 2015-ci il ərzaq məhsullarına 1.17 trilyon dollar xərclənib. Geyim və aksessuarlarına isə 189 milyard dollar pul sərf olunub. Həmçinin 243 milyard dollar KİV və istirahət xərclərinə ayrılıb. Səyahətə 78 milyard dollar, dərman və kosmetikaya isə 151 milyard dolar xərclənib. Araşdırma, 2016-cı ilin oktyabr ayının 11-12-də Dubayda keçirilən beynəlxalq İslam İqtisadi Sammiti ərəfəsində yayımlanıb. Şirkətlər bütün dünya üzrə halal qida məhsulları və içkilərin satışından 415 milyard dollar gəlir əldə edib. Teqlər : #Halal qida məhsulları dünyada sürətlə yayılır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ İraqda mülki vətəndaşları uran tərkibli mərmilərlə bombalayıb Yava adasındakı Bromo vulkanı fəallaşıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO