Hakimiyyət onu dəyişdirmədi 08 Oktyabr 2015 01:00 Nəsihətlər Həzrət Peyğəmbər (s) heç zaman xalqla olmaq, xalqa sevgi göstərmək və xalqın arasında ədaləti bərqərar etmək xislətini unutmadı. Xalqın özü kimi yaşadı, onlarla oturub-durdu. Qullarla və cəmiyyətin aşağı təbəqləri ilə dostluq edirdi, onlarla yemək yeyirdi, bir yerdə otururdu, onlara məhəbbət göstərirdi. Hakimiyyət onu dəyişdirmədi. Sərvət onu dəyişdirmədi. Çətin dövrdə və çətinliyin aradan qalxdığı dörvdə rəftarı fərqlənmədi; hər bir halda xalqla və xalqdan idi, xalqa şəfqət göstərirdi və xalq üçün ədalət istəyirdi. Xəndək döyüşündə Mədinə müsəlmanları təxminən hər tərəfdən mühasirə olunmuşdular. Mədinəyə yemək gəlmirdi, xalqın ərzağı bitmişdi. Belə ki, bəzən iki-üç gün heç kim yeməyə bir şey tapmırdı. Həmin halda əziz Peyğəmbərin (s) özü düşmən qarşısında Xəndək qazmaqda xalqla birgə çalışırdı və xalq kimi aclıq çəkirdi. Rəvayətdə göstərilir ki, Fatimeyi-Zəhra (ə) bir qədər un tapıb azyaşlı uşaqları olan Həsən və Hüseyn (ə) üçün çörək bişirmişdi. Atasını ac qoymağa ürəyi gəlmədi, uşaqlar üçün bişirdiyi çörəkdən bir parçasını atasına apardı. Peyğəmbər (s) buyurdu ki, qızım, haradan gətirmisən. Dedi ki, uşaqlarınkıdı. Peyğəmbər (s) ağızına bir tikə qoyub yedi. Rəvayətə görə Peyğəmbər (s) buyurdu ki, üç gündür heç nə yemirəm. Xalqın özü kimi və xalqın yanında idi, onlarla mehriban davranırdı; istər bu halda, istər çətinliklərin ortadan götürüldüyü, Məkkənin fəth, düşmənlərin məğlub edildiyi və hamının öz yerində oturduğu zaman. Ali Lider Ayətullah Seyyid Əli Xamenei / Teqlər : # Hakimiyyət onu dəyişdirmədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Din alimləri düşmənin hiylə və fəndlərini öyrənməlidir! Ali lider Ayətullah Xameneinin gənclərə üç nəsihəti
`Əza mərasimləri, göz yaşının axıdılması, Aşura günü baş verən hadisələrin şərh edilməsi – bütün bunlar olduqca lazımlı şeylərdir`