Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar 06 Dekabr 2019 09:20 Qarabağ xəbərləri ATƏT-in Minsk qrupu həmsədrləri ölkələrinin nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması ilə bağlı birgə bəyanat yayıblar. Bu barədə "Report" ATƏT-ə istinadən xəbər verir. ATƏT-in Nazirlər Şurasının Bratislavadakı 26-cı görüşü çərçivəsində Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətinin başçıları (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər üzrə naziri yanında dövlət katibi Jan-Batist Lemuan, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Fil Rike) birgə bəyanatda əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər. Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları təmas xəttində zorakılığın aşağı səviyyəsini nisbətən müsbət qeyd ediblər və iyunda Vaşinqtonda keçirilən məsləhətləşmələr zamanı xarici işlər nazirlərinin razılaşdırdığı kimi eskalasiya riskinin azalması üçün birbaşa əlaqələrdən tam istifadəyə görə tərəflərə təşəkkür ediblər. Teqlər : #Həmsədr,#ölkələrin,#nümayəndə,#heyətlərinin,#başçıları,#Dağlıq,#Qarabağ,#münaqişəsi,#ilə,#bağlı,#bəyanat,#yayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ATƏT sədri: 'Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi hələ də var' Azərbaycanın Xankəndi şəhərinin ermənilər tərəfindən işğalından 28 il ötür
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni