Həcc ziyarəti üçün zəvvarların sayı 5 milyon nəfərə çatdırılacaq - Səudiyyə Ərəbistanından yeni layihə 25 Avqust 2018 01:00 Dünya Məkkə şəhərinin və ziyarət məkanlarının genişləndirilməsi və inkişafı planı hazırlanıb. Maide.Az xəbər verir ki, TRT informasiya portalının yaydığı məlumata görə, bunu müqəddəs Məkkə şəhərinin əmiri Xalid Feysəl mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu planın 2019-ci ildə icrasına başlanılacaq. X.Feysəl deyib ki, növbəti həcc mövsümündən ziyarətin təşkilinin bütün mərhələləri müasir texnologiyalarla həyata keçirilməyə başlanacaq. Bunun üçün layihə icra olunacaq. "Yeni texnologiyalardan istifadə layihəsi tam icra olunduqdan sonra hacıların sayı artacaq. Layihəyə əsasən 2030-cu ilədək hacıların sayı 5 milyon nəfərə çatdırılacaq". Qeyd edək ki, hazırda Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1 milyon yarımdan çox zəvvarlar gedir. Teqlər : #Həcc ziyarəti üçün zəvvarların sayı 5 milyon nəfərə çatdırılacaq Səudiyyə Ərəbistanından yeni layihə , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda 4 minə yaxın insan içməli sudan zəhərlənib Çində oteldə yanğın nəticəsində azı 18 nəfər həyatını itirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO