Həsən Nəsrullah ABŞ-ın İranla düşmənçilik siyasətinin əsas səbəbini açıqlayıb 09 Oktyabr 2017 01:00 Dünya “Amerikanın İranla əsas problemi nüvə məsələsi deyil, əsas problem budur ki Tehran ABŞ və Səudiyyənin bölgə üçün nəzərdə tutduğu planın qarşısını alır. Buna görə onu terroru dəstəkləməkdə ittihamlandırırlar” Bunu Hizbullah lideri Həsən Nəsrullah ötən günkü çıxışında deyib. İki Hizbullah şəhidinin anım mərasimində çıxşı edən Həsən Nəsrullah bildirib ki, İrana qarşı bu qədər həmlə region üçün nəzərdə tutulan planların qarşısında durmasına görədir. “Bizim bölgə Amerika və Səudiyyə tərəfindən hazırlanan yeni bir planla üz-üzədir. Bunun başında İslam Respublikasını hədəfə almaq durur. Amerikanın İranla əsas problemi nüvə məsələsi deyil, əsas problem budur ki Tehran ABŞ və Səudiyyənin bölgə üçün nəzərdə tutduğu planın qarşısını alır. Buna görə onu terroru dəstəkləməkdə ittihamlandırırlar.” Həsən Nəsrullah əlavə edib ki, ABŞ İŞİD-in aradan aparılmasında heç də tələsmir, amma bölgənin müqavimətçi ölkələri tezliklə bu işi görəcəklər. Hizbullah lideri vurğulayıb ki, Səudiyyə Ərəbistanı bölgədəki qarşıdurmaların əsas səbəbkarlarından biridir və Səudiyyə rəsmilərinin Hizbullahı terroru dəstəkləməkdə ittiham etməsi olduqca gülüncdür. O əlavə edib ki, əgər Səudiyyə ABŞ və digər müttəfiqlərini Hizbullaha qarşı koalisiya yaratmağa çağırırsa bu o deməkdir ki, onlar bizim regional qüvvə olduğumuzu etiraf edirlər.(İslaminsesi) Teqlər : #Həsən Nəsrullah ABŞın İranla düşmənçilik siyasətinin əsas səbəbini açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusya beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırılıb Pakistanda təkfirçilər Əhli-beyt (ə) ardıcıllarına hücum edib; 5 nəfər şəhid olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO