`Həzrət Zeynəb (s.ə) göstərdi ki, qadın mühüm tarixi hadisələrin kontekstində dura bilər` 01 Aprel 2018 01:00 İslam lideri -- Aşura hadisəsində ifa etdiyi əvəzsiz rolu ilə Aşura hadisəsində qanın qılınca qələbə çalmasının başlıca amili məhz Həzrət Zeynəb (s.ə) olmuşdur. Həzrət Zeynəb (s.ə) Aşura hadisəsində ifa etdiyi əvəzsiz və görkəmli rolu ilə bütün insanlığa göstərdi ki, qadın mühüm tarixi hadisələrin kontekstində dura bilər. Həzrət Zeynəb (s.ə) qadın hicabını, qadın iffətini mübarizə şərəfinə və böyük bir cihada çevirdi. Bu reallığın bariz nümunəsi o xanımın dövrün olduqca sərt şəraitində Kufə bazarında söylədiyi unudulmaz xütbədir. Həzrət Zeynəb (s.ə) yüksək natiqlik qabiliyyəti və ustalıqla müsəlman cəmiyyətinin o dövrkü vəziyyətini dəqiqliklə analiz etdi, əziz İslam Peyğəmbərinin (s) və Həzrət Əlinin (ə) həyata keçirdikləri inqilabın təhlükə altında olduğunu bəyan etdi. Həzrət Zeynəb (s.ə) öz xütbəsində açıqlayır ki, dövrün müsəlman cəmiyyətinin başlıca problemi camaatın inqilabçılıq iddiası edən fitnəkarları tanımaqda, haqqı batildən seçməkdə uzaqgörənlik nümayiş etdirməməsidir və bunun acı nəticəsi isə Peyğəmbər övladının – imam Hüseynin (ə) başının nizələrə taxılması olmuşdur. Həzrət Zeynəbin (s.ə) Aşura hadisəsində, habelə bu hadisədən sonra oynadığı müstəsna rolu və davranışı bütün bəşəriyyət üçün, xüsusilə də müsəlman qadınlar üçün gözəl örnəkdir. O mübarək xanım öz simasında qadınlıq hicabı, həya və iffəti ilə mömin-müsəlman şərəfini çulğalaşdırmaqla, əslində, qadının cəmiyyətdəki həqiqi məqamını və statusunu nümayiş etdirdi. Bu günümüzdə pozğun Qərb dünyası qadın şəxsiyyətini təqdim etmək üçün yanlış və əxlaqsız metodlardan istifadə edir. Qərb dünyası belə bir ideya aşılamağa çalışır ki, qadının gücü və böyüklüyü hicabı, iffəti bir kənara atıb şəhvətpərəst kişilərin qarşısında nazlanmaqdadır. Halbuki, bu, qadın üçün təhqiramiz bir işdir. Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei (Maide.Az) Teqlər : #`Həzrət Zeynəb (s.ə) göstərdi ki,#qadın mühüm tarixi hadisələrin kontekstində dura bilər`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei yoxsullar üçün mənzil tikintisinə yardım etdi Məbəs günü insanlığı səadət və xoşbəxtliyə aparan yolun başlanğıcıdır
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB