Həmas Siyasi Büro sədri Məşəl: Fələstin rəhbərliyi də intifadaya qoşulmalıdır 07 Dekabr 2015 02:00 Fələstin Həmas Siyasi Büro sədri Xalid Məşəl Fələstin rəhbərliyini Qərbi İordan və Qüdsdə İsrail rejiminə qarşı başlanılan intifadaya qatılmağa çağırdı. Maide.az xəbər verir ki, "Əl-Cəzirə" televiziyasına danışan Məşal, "Fələstin rəhbərliyinin də intifadaya daxil olmasına və cilovları ələ almasına ehtiyac var" - deyib. İntifadanın "hər zaman ələ keçməyəcək bir fürsət" olduğunu qeyd edən Xalid Məşal, belə söyləyib: "Fələstin rəhbərliyinin bundan istifadə etməsi lazımdır. Sülh prosesinin, tanınan bütün imkanlara baxmayaraq Fələstin xalqına bir faydası dəymədi. O səbəbdən bu uğursuz nəticəni təkrar etməyin bir mənası yoxdur. Müqavimətdən və Qüdsü müdafiə etməkdən əl çəkmək, Fələstin milli layihəsini sona çatdırmaq deməkdir. Bu səbəbdən Fəth Hərəkatına, Qərb İordandakı təhlükəsizlik təşkilatına və bütün Fələstinli qruplara, "Gəlin Qüds intifadasına qatılın" deyirik. Çünki, Həmas sonuna qədər bu intifadanın içində olacaq". Qüds intifadasının dəstəklənməsi üçün milli strategiya müəyyən edilməsi çağırışı da edən Məşəl, Həmasın qəzəb dalğasına düşmədiyini, əksinə, özü bir mübarizə dalğası yaratdığını qeyd edib. Teqlər : #Həmas Siyasi Büro sədri Məşəl: Fələstin rəhbərliyi də intifadaya qoşulmalıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qərb sahilində daha iki fələstinli gənc qətlə yetirilib Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum etdi, Fələstinli gənc həbs olundu
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar