Hərbçilər qəzaya düşdü 10 İyul 2014 01:00 Hadisə Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib Ötən gün axşam saatlarında Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Hikmət Qafarovun ANS-ə verdiyi məlumata görə, Masallı rayonunu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Allahverdi Vidadi oğlu Qəhrəmanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü və onun sərnişini, DSX-nın zabiti, leytenant Malik Elşən oğlu Hüseynov xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərilib. İlkin ehtimala görə, avtomobil sürətlə hərəkət edərkən, sürücü idarəetməni itirib. Teqlər : #Hərbçilər qəzaya düşdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zaqatalanın mərkəzi parkında attraksion aşıb, xəsarət alan var Bakının mərkəzində sürücü hücuma keçdi