H.Ruhani: BMT və İƏT Myanma müsəlmanlarının vəziyyətinə uyğun cavab versin 20 Sentyabr 2017 01:00 Dünya İran İslam Respublikası prezidenti Həsən ruhani çərşənbə axşamı Myanmanın BMT-dəki təmas qrupunun Nyu-Yorkdakı iclasında Rohinca müsəlmanlarının ilkin hüquqlarının kobud şəkildə pozulmasına laqeyd münasibətin ifratçılığın daha da genişlənməsinə səbəb olduğunu bildirib. Maide.Az xəbər verir ki, H.Ruhani BMT və İslam Əməkdaşlıq Təşkilatından Myanma müsəlmanlarının acınacaqlı durumuna uyğun bir rəftar nümayiş etdirmələrini istəyib. H.Ruhani deyib ki, Myanma dövləti bilməlidir ki, insanların öz torpaqlarından qovulması və onların digər ölkələrə qaçmağa məcbur edilməsi böhranın həll yolu sayılmır. "Myanma dövləti bu ölkə müsəlmanlarının köhnə yaralarına vətəndaşlıq hüququnun təmin edilməsi ilə dərman olmalıdır". H.Ruhani İranın Myanma müsəlmanlarına yardım etməyə hazır olduğunu deyərək, əlavə edib ki, İslam Respublikası insan haqlarına, insan kəramətinə və Rohinca müsəlmanlarının təhlükəsizliyinə zəmanət verən bütün həll yollarını dəstəkləyir. (irib) Teqlər : #H.Ruhani: BMT və İƏT Myanma müsəlmanlarının vəziyyətinə uyğun cavab versin, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyənin bu şəhərində matəm atributları və qara bayraqlar qaldırıldı - FOTO Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Bəhreynin Karzakkan şəhərində İmam Hüseynin (ə) əza bayraqlarını yığışdırıb - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO