Gürcüstan Müdafiə Nazirliyinin 2 mindən çox əməkdaşı işdən çıxarılıb 30 Yanvar 2017 02:00 Dünya Nazirlikdə aparılan islahat nəticəsində 11,8 milyon dollar məbləğində maliyyə vəsaitinə qənaət edilib Gürcüstan Müdafiə Nazirliyindən 2 250 nəfər işdən azad edilib. “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu, nazirliyin kadrların optimallaşdırılması və yenidən təşkilatlanması tədbirləri çərçivəsində həyata keçirilir. Məlumata görə, belə bir tədbirin keçiriləcəy ilə bağlı müdafiə naziri Levan İzoriya ötən ilin noyabrında bildirmişdi. Nazirlikdə islahatlar ötən il dekabrın 19-dan başlayıb. Xəbərdə bildirilib ki, yenidən təşkilatlanma çərçivəsində 400 ştatdankənar, 1 350 ştatlı əməkdaş işdən azad edilib. Bundan başqa, 217 zabit, 123 çavuş vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 217 zabitin 209-u öz istəyi ilə işdən çıxarılıb. Ümumilikdə nazirlikdə aparılan islahat nəticəsində 11,8 milyon dollar məbləğində maliyyə vəsaitinə qənaət edilib. / Teqlər : #Gürcüstan Müdafiə Nazirliyinin 2 mindən çox əməkdaşı işdən çıxarılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikalı şirkət müsəlmanlara pulsuz ev verəcək İmam Əlinin (ə) hərəminin xidmətçiləri Nəcəf şəhərinin tәmizlәnmәsini davam etdirir - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO